Bu gün Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının sessiyası açılır: Ukrayna müzakirə olunacaqbackend

Bu gün Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının sessiyası açılır: Ukrayna müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsveçrənin Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının illik sessiyası açılır.

Editor.az “BBC” yə istinadla xəbər verir ki, sessiyada yüksək səviyyəli diplomatların əsas mövzusu Rusiya ordusunun Ukraynadakı hərbi cinayətlərinin araşdırılması olacaq.

Məlumata görə, sessiyanın açılışında BMT-nin baş katibi Entonio Quterreş çıxış edəcək. Ümumilikdə tədbirin ilk həftəsində BMT Şurasının üzvü olan dövlətlərdən təxminən 150 yüksək vəzifəli məmurun beynəlxalq platformada çıxış etməsi tələb olunur. Onların arasında Ukrayna, eləcə də Çin, ABŞ və İrandan nümayəndələr olacaq. Sessiya rekord həddə altı həftə davam edəcək.

BMT Şurası çərçivəsində Baş Assambleyanın Rusiya qoşunlarının dərhal Ukrayna ərazisindən çıxarılmasını tələb edən son qətnaməsi fonunda Ukrayna məsələsi dominant mövqeyə keçəcək.

//Gülnarə Abasova, Editor.az