Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi səbəbindən bu gün daha 181 Türkiyə vətəndaşının Ukraynanı tərk etdiyini açıqlayıb. Editor.az “Habertürk” e istinadən xəbər verir ki, təxliyə edilənlərin sayı 15 mindən 24 minə çatıb. Onlar Kiyev, Lvov, Çerniqov, Odessa və Nikolayevdən təxliyə edilib.
Qeyd edək ki, Çavuşoğlu diplomatik təmaslar üçün sabah Rusiyaya səfər edəcək.
//Editor.az

