ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini bildirib.
“NBC News” yazır ki, görüş cümə günü, sentyabrın 27-də, saat 16:45-də Nyu-Yorkda baş tutacaq. Sabiq ABŞ prezidentinin sözlərinə görə, o, Zelenski ilə “Tramp Tower”də görüşəcək. Lakin Tramp Ukraynadakı müharibə ilə bağlı da səs-küylü bəyanatlar səsləndirib. “Ukraynada baş verənlər utancvericidir: bu qədər ölüm, bu qədər dağıntı.
Bu, dəhşətli bir şeydir. Məni çox narahat edən şeylərdən biri də Avropanın ABŞ-ın verdiyi pulun yalnız kiçik bir hissəsini ödəməsidir. Amerika ödəyir, halbuki bizimlə Rusiya arasında bir okean var, biz çox uzağıq, amma onlarda yoxdur”, – ABŞ prezidentliyinə namizəd bildirib.
//Samir Qurbanov, Editor.az