Bu gün Dünya Kosmonavtika Günüdürbackend

Bu gün Dünya Kosmonavtika Günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dünya Kosmonavtika Günü qeyd olunur.

Editor.az xəbər verir ki, bu günün keçirilməsi 63 il əvvəl, 1961-ci il 12 aprel tarixində ovaxtkı SSRİ vətəndaşı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır.

Qaqarin həmin gün “Vostok 1” kosmik gəmisində Moskva vaxtı ilə saat 9:07-də “Baykonur” kosmodromundan ayrılıb.

108 dəqiqəlik uçuşdan sonra isə sağ-salamat geri dönüb.

Yuri Qaqarinin uçuş zamanı kod adı Kedr, Yerdən onun uçuşunu koordinasiya edən SSRİ Kosmik Sənayesinin baş mühəndisi Sergey Korolyovun kod adı isə “Zarya 1” olub.

Sistemdə baş verən bir nasazlığa görə Qaqarin geriyə qayıdarkən əvvəlcədən təyin olunmuş yerə yox, Moskva vaxtı ilə saat 10:55-də Saratov vilayətinin kiçik bir kəndinin ətrafında eniş edib. Buna görə də onu nəzərdə tutulan kimi 10 minlərlə insan əvəzinə, həmin ərazidə yaşayan cəmi iki nəfər qarşılayıb.