Bu gün dünyada sülhün bir adı var – Donald Tramp – Macarıstanın baş naziri Viktor Orbanbackend

Bu gün dünyada sülhün bir adı var – Donald Tramp – Macarıstanın baş naziri Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampın “müharibəsi dayandırmağa qadir olan” yeganə siyasətçi olduğunu deyib.

Macarıstanın baş nazirinin sözlərinə görə, əgər Tramp 2022-ci ilin fevralında prezident postunu tutsaydı, “Avropada müharibə olmazdı”.

Editor.az bildirir ki, bu sözləri Viktor Orban Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib: “Əgər Donald Tramp 2022-ci ilin fevralında ABŞ prezidenti olsaydı, Avropada müharibə olmazdı. Mən bu gün ondan başqa istər Avropada, istərsə də Amerikada müharibəni dayandırmaq üçün kifayət qədər güclü lider olacaq heç kimi görmürəm.

Sülhün bir adı var – Donald Tramp”, -Orban deyib. qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən Donald Tramp dəfələrlə Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya biləcəyini bildirib.

Yanvarın 21-də o, hələ inauqurasiyadan əvvəl bunu edə biləcəyini söyləyib. 2023-cü ilin noyabrında Ukrayna prezidenti Vollodimir Zelenski Donald Trampı şəxsi görüşdə münaqişəni 24 saat ərzində həll etməyin niyə mümkün olmadığını izah etmək üçün Ukraynaya dəvət etmişdi. Tramp isə bundan imtina etmişdi. Kreml də münaqişənin bir gündə həll edilə bilməyəcək qədər mürəkkəb olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az