“Bu gün əldə olunan uğurların əsasını Ümummilli Lider Heydər Əliyev qoyub”-ŞƏRHbackend

“Bu gün əldə olunan uğurların əsasını Ümummilli Lider Heydər Əliyev qoyub”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın müstəqilliyini bəyan edib dövlət quruculuğuna başladı”.

Bu sözləri Editor.az-a Ulu Öndər Heydər Əliyevin diplomatik və dövlət quruculuğu sahəsindəki uğurları ilə bağlı danışarkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, 1993-cü ildə hakimiyyətə gəldikdə Ulu Öndər Heydər Əliyevin əlində Azərbaycanın müstəqillik bəyannaməsindən başqa güclü ikinci bir sənəd yox idi:

“Heydər Əliyev məhz İstiqlaliyyət bəyannaməsinə söykənərək Azərbaycan dövlətinin quruculuğuna başladı. Bu sənədin gücü ondan ibarət idi ki, bütün cəmiyyəti bu bəyannamənin ətrafında birləşdirə bildi. Həmin dövrdə ölkənin konstitusiyası yarımçıq idi, ölkədə isə sabitlik yox idi. Ordu quruculuğu da yaxşı vəziyyətdə deyildi və Ermənistan gündəlik qələbələrindən ilhamlanaraq torpaqlarımızı işğal etmişdi. Məhz belə bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyevin əlində yeganə güc vasitəsi Azərbaycanın istiqlal bəyannaməsi idi.

Beləliklə, Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkənin daxili siyasəti modernləşdirildi, dövlət sisteminə daxil olan təşkilatlar institutlaşdı və Azərbaycanın xarici siyasətinin ən düzgün istiqamətləri dəqiqliklə seçildi. Məhz bu istiqamətlər nəticəsində Azərbaycan ayağa qalxdı, dirçəldi. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri var. Bu gün əldə olunan uğurlarımızın, getdiyimiz yolun əsasını da məhz Ümummilli Lider Heydər Əliyev qoyub”.

//Səbinə Hüseynli, Editor.az