Bu gün Ermənistanın bir dövlət kimi varlığı təhlükədədir:” Paşinyan bunu yaxşı bilir”-Tural Abbaslıbackend

Bu gün Ermənistanın bir dövlət kimi varlığı təhlükədədir:” Paşinyan bunu yaxşı bilir”-Tural Abbaslı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xankəndi mərkəzli terror təşkilatı birdəfəlik ləğv olunmalı, oradakı quldur dəstəkləri zərərsizləşdirilməlidir. Nəhayət ki, Xankəndi və ətrafı boz zona olmaqdan çıxmalı və Azərbaycan suverenliyi həmin ərazilərdə bərpa olunmalıdır. Yalnız bundan sonra oraya əhalimiz geri dönəcək, Azərbaycan qanunları işləyəcək, qalmaq istəyən erməni əhalisi könüllü şəkildə reinteqrasiya olunacaq. Qalmaq istəməyən ermənilər də oranı tərk edəcək. Son budur, başqa cür ola bilməz”.

Bu fikirləri Editor.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, Nikol Paşinyan bu günə qədər erməni liderlərinin içərisində ən pramatiqidir:

“Yəni, o çox gözəl bilir ki, bu gün Ermənistanın bir dövlət kimi varlığı təhlükədədir. Çünki Azərbaycanın 18-ci ilin xəritələrinə istinadən ərazilərini qaytarmaq niyyətində olduğunu bilir. Paşinyan populist şüarlardan daha çox hazırda Ermənistan hesab etdiyi 29 min kvadrat kilometr ərazinin təhlükəsizliyindən danışmalıdır. Azərbaycan keçən il senytabrında təxribatların qarşısını alarkən tarixi ata-baba torpaqlarından kiçik bir hissəni ermənilərdən təmizlədi. Paşinyan yaxşı bilir ki, bu dəfə hazırki Azərbaycan Ermənistan şərti sərhədində əməliyyatlar başlasa, kim nəyə qadirdir. Erməni baş nazir hazırda Ermənistan dövlətçiliyinin qayğına qalır, nəinki “Artsax”da terror təşkilatlarında baş verənlərin…”.

//Gülnarə Abasova, Editor.az