İlham Əliyevlə Nikol Paşinyan təkbətək görüşdü- Nələr müzakirə edilib? -AÇIQLAMAbackend

İlham Əliyevlə Nikol Paşinyan təkbətək görüşdü-Nələr müzakirə edilib? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.

Sözügedən görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub.

Qeyd edək ki, bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında ilk təkbətək görüşdür.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Editor.az-a açıqlamasında bildirib ki,  görüş faktiki olaraq ilk dəfə üçüncü tərəfsiz baş tutub, yəni Şarl Mişel iştirak edib, lakin, o, sərbəstliyə də imkan yaradıb:

“Bu liderlər arasında birbaşa ünsiyyət üçün müsbət addım ola bilər. ” Lift diplomatiyası”nın uğuru məlumdur, bu dəfə onun “Brüsseldə bağlı qapılar arxasındakı dialoqla” əvəzlənməsi Azərbaycan üçün yenə nəticəli olacaq. Beynəlxalq Məhkəmənin Ermənistanın “əsirlərlə” bağlı iddiasını rədd etdiyini nəzərə alsaq , görüşdə Azərbaycan bütün mövzularda üstün mövqedə olacaq”.

Politoloq hesab edir ki, baş tutmuş görüşdə Şarl Mişel Ağ evin istəklərini tərəflərə çatdırıb Bakı və İrəvana təkliflər irəli sürülüb:

“İstisna deyil ki, AI Qarabağ və Şərqi Zəngəzura hümanitar məsələlərin həllini surətləndirmək üçün maddi yardım ayırsın. Azərbaycan üçün vacib olan Brüssel görüşündə Üçtərəfli Bəyanata vurğu edilməsidir ki, çox güman ki, əsas fokus bu istiqamət üzrə olub. Beləliklə, Azərbaycan və Ermənistan arasında bu dəfəki görüş də, olduqca vacib və aktual mahiyyət daşıyır. Ələlxüsus görüşün Brüsseldə baş tutması bu görüşə xüsusi kalorit qatır. Məlum məsələdir ki, Azərbaycan və Ermənistan arasındakı bütün ziddiyyətlərin müzakirəsində aparıcı qüvvə Rusiyadır, bu görüşdən konkret nəticələr gözləməyə dəyməz. Amma, Qərbdəki belə görüşlər hər iki liderin demokratik ab – havada ünsiyyətləri üçün vacibdir”.

//Gülnarə Abasova, Editor.az