Bu gün Kiyevdə rus əsgəri məhkəməyə çıxarılırbackend

Bu gün Kiyevdə rus əsgəri məhkəməyə çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın hücumu ilə bağlı hərbi cinayətlərin ilk məhkəməsi keçiriləcək.

Editor.az xəbər verir ki, 21 yaşlı rus əsgəri Vadim Şişimarin yerli vaxtla saat 14:00 radələrində Kiyevin Solomyanski rayon məhkəməsində məhkəmə qarşısına çıxacaq. Rusiya əsgəri fevralın 28-də Ukraynanın şimalında hərbi cinayətlər törətməkdə və 62 yaşlı kişini qəsdən öldürməkdə ittiham olunur.

Ukrayna rəsmiləri Şişimarinin onlarla əməkdaşlıq etdiyini bəyan edərək müharibənin başlamasından 4 gün sonra baş verən hadisənin təfərrüatlarının paylaşıldığını bildirib. Şişimarin 62 yaşlı mülki vətəndaşı 4 əsgərlə oğurlanmış avtomobilin pəncərəsindən atəş açaraq öldürdüyü iddia edilib. May ayının əvvəlində yayımlanan videoda Şişimarin anasını maddi cəhətdən dəstəkləmək üçün Ukraynaya döyüşməyə gəldiyini bildirib.

//Gülnarə Abasova, Editor.az