Bu gün Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlikləri rəhbərlərinin müavinləri səviyyəsində məsləhətləşmələr keçiriləcəkbackend

Bu gün Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlikləri rəhbərlərinin müavinləri səviyyəsində məsləhətləşmələr keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Moskvada xarici işlər nazirlikləri rəhbərlərinin müavinləri səviyyəsində Rusiya və Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Editor.az bildirir ki, bu barədə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi bəyan edib. “Çərşənbə axşamı Moskvada Rusiya Federasiyası ilə Türkiyə arasında ikitərəfli və regional məsələlər üzrə siyasi məsləhətləşmələr keçiriləcək”, – dyə Rusiya Xarici İşlər Nazirliyindən də məlumat verilib.

RİA Novosti xəbər verir ki, iclasda Rusiyanı bu ölkənin xarici işlər nazirlərinin müavinləri Sergey Verşinin və Aleksandr Qruşko təmsil edəcək. Hələlik yalnız o məlumdur ki, məsləhətləşmələr zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə etməyi planlaşdırır. Lakin mesajda görüşdə qaldırılacaq konkret mövzular göstərilməyib.

//Samir Qurbanov, Editor.az