“Bu gün onlarda Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə nə güc, nə də cəsarət var”- Millət vəkilibackend

“Bu gün onlarda Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə nə güc, nə də cəsarət var”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın sabiq prezidentlərin kitabı çoxdan bağlanıb. Onlar özləri cəmiyyətdən dəstək ala bilmədiklərinə görə keşiş Baqratı meydana çıxardıblar. Baqratın əli ilə Paşinyanı yıxmaq istədilər. Baqrat da keçmişi ləkəli bir kukladır və onların bu ssenarisi də uğurla baş tutmadı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan ölkəsinin Müstəqillik günü ilə bağlı müraciətdə revanşist fikirlər səsləndirərək erməniləri yeni müharibəyə, işğal və qətliamlara çağırış etməklə fəaliyyətdə olan hökuməti səriştəsiz kimi təqdim edir:

” Əgər Sərkisyan və Koçaryan da müharibə etmək cəsarəti olsaydı, 44 günlük Vətən müharibəsində Qarabağa gəlib uzaqdan baxıb siçan kimi qaçıb itməzdi. Əgər onlar özlərinin dediyi kimi hünərli və iradəli şəxslər olsaydılar, öz canının qorxusunda olmayıb döyüş meydanında olan hərbiçilərin arasında olardılar. Sərkisyan və Koçaryanın döyüş meydanından siçan kimi qaçaraq fərarilik etməsi 12 min erməninin fərariliyinə yol açmışdı. Döyüşdə komandirləri qorxaq olan bir ordu da qorxaqdır. Həm sərkisyanlar, həm də bu gün revanşizmdən danışanlar Azərbaycan əsgərinin gücünü görüblər. Dəmir Yumruğumuz Sərkisyan, Koçaryan və digərlərinin qorxulu yuxusuna çevrilib. Onlar yatanda da Azərbaycan əsgərini gözünün önünə gətirir və danışanda da qorxa-qorxa danışırlar. Ermənistanın Azərbaycanla müharibə dilində danışa bilməsi üçün ola bilsin ki, onlara 100 illər, bəlkə də daha çox zaman lazım olacaq. Çünki bu gün onlarda Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə nə güc, nə də cəsarət var”.

//Gülnarə Abasova, Editor.az