Bu gün qısaldılmış iş günüdürbackend

Bu gün qısaldılmış iş günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 19 mart qısaldılmış iş günü olaraq müəyyən edilib.

Editor.az xəbər verir ki, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunacaq.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, istirahət, səsvermə və bayram günləri qabağı iş gününün müddəti bir saat qısaldılır. Bu qayda Məcəllənin 91, 92 və 93-cü maddələrində göstərilən istisnalarla yanaşı tətbiq olunur.