Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən biri (Ceyhun Ağarzayev) hərbçi olub.
Editor.az baku.ws-ə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
2 nəfər dünyasını dəyişib. Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızıdır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb.
“Mercedes” markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.

