Bu gün səhər saatlardan Ukrayna raket atəşinə məruz qalırbackend

Bu gün səhər saatlardan Ukrayna raket atəşinə məruz qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 29-u səhər bütün vilayətlərdə hava xəbərdarlığı elan edilib.

Editor.az bildirir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat verib. Məlumata görə, saat 5:33-də cənub rayonlarına hava hücumu xəbərdarlığı verilib. Sonra bu narahatlıq bütün vilyayətlərə yayılıb.

OK “Cənub” rusların Qara dənizdə döyüş növbətçiliyinə iki yerüstü raket daşıyıcısı qoyduğunu bildirib. 16 “Kalibr” buraxılışa hazırdır. Bundan əlavə, strateji aviasiyanın fəaliyyəti müşahidə olunur. Odessa VHA-nın spikeri Sergey Bratçukun sözlərinə görə, Qara dənizdəki reaktiv daşıyıcılara daha bir sualtı qayıq əlavə edilib. Bu üstəgəl daha dörd “Kalibr” deməkdir. Nikolaev VHA-nın rəhbəri Vitali Kim, Rusiya raketlərinin ilk buraxılışları haqqında məlumat verib, onlar Sumi istiqamətində uçurlar.

  //Samir Qurbanov, Editor.az