Bu gün Ukrayna məhkəməsi ölkədə prezident seçkiləri keçirməklə bağlı iskə baxacaqbackend

Bu gün Ukrayna məhkəməsi ölkədə prezident seçkiləri keçirməklə bağlı iskə baxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada məhkəmə sentyabrın 16-da Ali Radanın deputatı Aleksandr Dubinskinin parlamentdən prezident seçkiləri təyin etməyə məcbur edilməsini tələb edən iddiasına baxacaq.

Editor.az xəbər verir ki, Dubinski iyunun 28-də məhkəməyə müraciət edib. Deputat iddia edir ki, Ukraynanın konstitusiya quruluşunu qorumaq üçün məhkəməyə müraciət etmək lazımdır. İyulda ölkənin İnzibati Kassasiya Məhkəməsi iddianı sentyabr ayına qədər təxirə salıb.

Deputat 2023-cü ilin noyabrından dövlətə xəyanətdə, habelə cinayətkar təşkilatda iştirakda ittiham olunaraq həbsdə olduğu üçün iclasda iştirak etməyib. Müstəntiqlərin fikrincə, o, Rusiyanın xeyrinə informasiya və təxribat fəaliyyəti həyata keçirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyətləri may ayında başa çatıb. Ukrayna Mərkəzi Seçki Komissiyası izah edib ki, ölkə konstitusiyasına görə, prezident yeni dövlət başçısı vəzifəyə başlayana qədər öz səlahiyyətlərini həyata keçirir. BMT də Zelenskini legitim prezident hesab edir. Vladimir Putin isə bildirib ki, Ukraynada yeganə legitim hökumət Ali Rada olaraq qalır.

//Samir Qurbanov, Editor.az