Dünya yalanlarla və riyalarla doludur.
Çünki bir tərəfdən biz qurbanları və onlara qarşı törədilən cinayətləri xatırlayırıq, digər tərəfdən isə zaman keçdikcə biz Holokost və irqçilik qurbanlarının xatirəsinə xələl gətirən misli görünməmiş güzəştlərə gedirik.
Editor.az bildirir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko Sered şəhərindəki Holokost Muzeyinə səfəri zamanı deyib. Onun sözlərinə görə, Ukraynada “nasist qoşunları” döyüşür, lakin beynəlxalq ictimaiyyət bunu hiss etmir. “Biz hamımız faşizmdən, nasizmdən danışırıq və eyni zamanda Ukraynada hansı qurumların olduğuna səssizcə dözürük. Onların hansı qadağan olunmuş qruplara aid olması tamamilə aydındır və bu, geosiyasi toqquşma olsa da, biz onları təhlükəli hesab edirik. lakin heç kimin vecinə deyil”, – Fiko bildirib.
O qeyd edib ki, bu gün “faşist” sözünü “Slovakiyada tələffüz etmək çox asandır”. “Kimsə başqa fikirdə olan kimi onu dərhal faşist adlandırırlar. Beynəlxalq ictimaiyyət deməlidir ki, nasist simvolikası daşıyan bir ordu Ukraynada döyüşə bilməz”, – deyə Fiko əlavə edib.
//Samir Qurbanov, Editor.az