Bu gün Ukraynanı 1 milyon adam qoruyurbackend

Bu gün Ukraynanı 1 milyon adam qoruyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada veteranların və döyüşçülərin sayı iki dəfə artıb.

Editor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski milli telemarafonun efirində yayımlanan “1+1” “Müdafiəçilər. Roll call” adlı veteranlar və könüllülər forumunun açılışı zamanı deyib. Onun sözlərinə görə, fevralın sonunda Ukraynada veteran icmasının sayı təxminən 500 min nəfər olub. Bu gün isə Ukrayna Silahlı Qüvvələrin və digər birləşmələrin sıralarında birləşən 1 milyona yaxın kişi və qadın Ukraynanı qoruyur.

“Bu bir milyon nədir? Bu o deməkdir ki, bizim rus terrorçuları üzərində qələbəmizdən sonra hər kəsin veteran qohumları, ya veteran dostları, ya da veteran tanışları olacaq. Veteran icması Ukraynanın ən böyük icmalarından birinə çevriləcək. Bu o deməkdir ki, dövlət siyasətində və ictimai həyatda veteranlara münasibətdə müvafiq dəyişikliklərə ehtiyac var.”, – deyə dövlət başçısı bildirib. O, müdafiəçilərə hörmətin sözdə və “müəyyən müddətdə” verilən sözdə deyil, konkret əməldə təzahür etməsinə diqqət çəkib. Onların hər biri hiss etməlidir ki, Ukrayna minnətdar olacaq.

  //Samir,Editor.az