“Bu günlərdə ermənilər Paşinyanı öldürəcəklər” – Politoloqbackend

“Bu günlərdə ermənilər Paşinyanı öldürəcəklər” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təbii ki, Ermənistanda Sorosun maliyyəsi hesabına hakimiyyətə gətirilmiş Paşinyan hökumətinin əsas məqsədi bu qəsbkar ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Bundan ötrü isə Paşinyan onun üzərində ağır yük olan Qarabağdan imtina etməlidir”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev  söyləyib. Qeyd edib ki, Xankəndində “Qarabağ- Ermənistandır” deməsinə rəğmən Paşinyanın son iki ildə göstərdiyi bütün şouları, bayağı hərəkətləri  Ermənistanın ballast yükdən, yəni Qarabağdan azad olunmasına xidmət edir:

“Ancaq Qarabağ klanı buna imkan vermir  və əksinə, bu  məxluqu aradan götürmək istəyir. Mənim proqnozum belədir ki, tezliklə, bəlkə də bu günlərdə Paşinyan elə ermənilər tərəfindən qətlə yetiriləcək. Çünki Ermənistanın üzdəniraq dövlət adlanan qurumu da, partiyaları da mahiyyətcə terrorçudur. “Daşnaksütyun” dünyada yeganə partiyadır ki,  hələ 1890-ci ildə qəbul etdiyi nizamnaməsində yazılır ki,  “Böyük Ermənistan” ideyasına mane olacaq hər kəsi, hətta erməni olsa belə, aradan götürmək lazımdır. Erməni olduğu halda həmin şəxs daha kəskin cəzalandırılmalıdır”.

Politoloq vurğulayıb ki, Rusiya da Paşinyanın hakimiyyətdən getməsi və yenidən Köçəryan, Sərkisyan və ya Qarabağ klanından olan onlar kimisinin iqtidara gəlməsinə çalışır.  Amma Azərbaycan ordusunun uğurlu hücumu sayəsində Xankəndindən əhalinin əksəriyyətinin Ermənistana qaçmasıyla yanaşı, oradakı  separatçı-terrorçu rejim və digər qanunsuz siyasi dairələr arasında da parçalanma yaranıb. Bunu orada işləyən Rusiya kəşfiyyatı da görür və artıq Qarabağın onun nüfuz dairəsindən çıxmasıyla hesablaşmağa başlayır.