“Bu hadisə ABŞ-dakı tərəflər arasında gərginliyi daha da artıracaq”- Politoloqdan ŞƏRHbackend

“Bu hadisə ABŞ-dakı tərəflər arasında gərginliyi daha da artıracaq”- Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, kifayət qədər çox ciddi məsələdir. Çünki ABŞ-da yeni prezidentliyə namizəd, keçmiş prezident olmuş bir şəxsin sui-qəsdə məruz qalması sıradan bir hadisə deyil. Ona görə də bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb etdi və bununla bağlı müxtəlif mülahizələr ortaya atılmağa başladı”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Politoloq hesab edir ki, ilkin versiyada hadisəni Donald Trampın rəqibləri həyata keçirib:

“Trampın yenidən ABŞ prezidenti olmasını istəməyənlər, ABŞ-ın dünya liderliyini saxlamağa çalışmasını istəyənlər bu işi görə bilərlər. Tramp Avropa İttifaqı və digər ölkələrlə inteqrasiya əleyhdarıdır. Bəziləri isə bu inteqrasiya prosesini gücləndirmək istəyir, onun Rusiya ilə münasibətlərini normallaşdırmasını istəmirr. İlk ağla gələn Trampın düşmənləri olan baş cəbhə fonunda bu versiya irəli sürülür. Digər versiyada isə radikal fanatlardır. Donald Tramp milli, cinsi, irqi azlıqlara qarşı siyasət yürüdür. Bunların bir nümayəndəsi də Trampa qarşı kin-küdurət fonunda sui-qəsd təşkil edə bilər. ABŞ özü kifayət qədər silahlanmış bir ölkədir. Orada silah əldə edib kiməsə hücum etmək çətin bir şey deyil. Digər tərəfdən bu hadisəni partiyadaxili müxalifətin də törətmə ehtimalı var”.

T. Rzayev qeyd edib ki, bu sui-qəsd cəhdi ümumilikdə Trampın xeyrinə baş tutub:

” Belə ki, bu siyasi görüntüdən sonra onun tərəfdaşlarının sayı, qələbə şansı xeyli artdı. Xüsusilə ona olan hücumdan sonra qulağındakı zədə ilə yumruq işarəli dik duruşu ilə tərəfdaşlarına səslənməsi onun prosesdən güclü olaraq çıxdığını göstərir. Bu da əlavə mülahizələrə səbəb olub. Bəziləri iddia edirlər ki, bu hadisə daha əvvəlcədən düşünülmüş şəkildə yazılmış bir ssenariyə hesablanıb. Bəziləri onu az zədə ilə qurbana çevirmək çalrlar. Ancaq mən hesab edirəm ki, bu variant o qədər də inandırıcı deyil. Çünki Tramp qulağından yara alıbsa, ani bir səhv onun həyatını itirməsinə səbəb ola bilərdi. Ona görə də Trampın belə bir oyunun içərisində olması şübhəli görünür. Ola bilər ki, bu, Trampın özünün xəbəri olmadan mühafizəkar elitanın oyunlarıdır. İstənilən halda keçmiş prezident Donald Trampın belə bir sui-qəsdə məruz qalması istər ABŞ, istərsə də beynəlxalq siyasi mühit üçün yaxşı nəsə vəd etmir və ABŞ-dakı tərəflər arasında gərginliyin daha da artacağını göstərir”.

//Gülnarə Abasova, Editor.az