ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Ticarət Federal Məhkəməsinin tarifləri qaldıracağı təqdirdə ABŞ-ın sağ qalmaq şansı olmayacağını deyib.
O, tariflərin mümkün bloklanmasını Birləşmiş Ştatlar üçün “iqtisadi xarabalıq” adlandırıb: “Başqa ölkələrin bizə qarşı tariflərdən istifadə etməsinə icazə verilsə və bizim onlara qarşı tariflərlə tez və bacarıqla qarşı çıxmamıza icazə verilməsə, ölkəmizin iqtisadi sağ qalma şansı cüzi də olsa olmayacaq”, – Donald Tramp bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Trampın tariflərinin qeyri-qanuni olduğu müəyyən edilib. Daha sonra Apellyasiya Məhkəməsi bu qərara etiraz etdi, tariflər yenisi çıxarılana qədər qüvvədə qalacaq.
//Samir Qurbanov, Editor.az