“Bu halda Ermənistan öz varlığı ilə bağlı ciddi problemlər yaşaya bilər”- Oqtay Qasımovdan AÇIQLAMAbackend

“Bu halda Ermənistan öz varlığı ilə bağlı ciddi problemlər yaşaya bilər”- Oqtay Qasımovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda bir aydan artıqdır davam edən etiraz aksiyaları əslində qarşıya qoyulan hədəflərə bu günə qədər çatmayıb, çatacağı da ehtimal edilmir. Belə ki, 9 may tarixində keçirilən etiraz aksiyasında erməni baş naziri Nikol Paşinyana 1 saat ərzində öz kürsünü tərk etməsi tələb olundu, ancaq bu, baş tutmadı. İndi isə keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiya iştirakçıları Paşinyana 4 gün vaxt verib ki, o, öz postunu tərk etsin”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, iştirakçılarının sayının getdikcə azalmasından görünür ki, aksiya uğursuz həyata keçirilir:

“Ermənistan hakimiyyətinin davranışı isə onu göstərir ki, aksiyadan elə də narahat deyil. Bu baxımdan etiraz aksiyaları Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxartmayacaq. Ancaq güc strukturları və ya ordu içərisindən hansısa qruplar etiraz aksiyasına dəstək verərsə, vəziyyət gərginləşə bilər. Hesab edirəm ki, bu, baş tutmayacaq. Hətta nəzəri baxımdan əgər belə bir dəyişiklik olacaqsa, Azərbaycan buna hazırdır. Hansısa qüvvə hakimiyyətə gələrək Azərbaycanla gərginliyi seçəcəksə, o zaman Ermənistan öz mövcudluğu ilə bağlı ciddi problemlər yaşaya bilər”.

//Gülnarə Abasova, Editor.az