“Bu halda İran başqa variantlarla İsrailə təzyiq edə bilər”- AÇIQLAMAbackend

“Bu halda İran başqa variantlarla İsrailə təzyiq edə bilər”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranla İsrail arasında siyasi, ideoloji, hərbi qarşıdurma illərdir ki, davam edir. Məsələn Livandan Hİzbullah siyasi hərbi qruplaşmasının bir neçə dəfə İsraili raket atəşinə tutması bunu təsdiqləyir. Son zamanlar, yəni oktyabrın 7-dən bəri HƏMAS-ın İsrailə hücumu, Yəməndəki Husi qiyamçılarının İsraili raket atəşinə tutması, eləcə də İranyönlü müxtəlif qruplaşmaların İsrailə qarşı müxtəlif əməliyyatlarda iştirak etməsi tərəflər arasında münaqişənin davam etdiyini göstərir. Müharibədə İsrail özünü tərəf kimi göstərsə də İran özünü müxtəlif qruplaşmaların pərdəarxasında gizlədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmaları mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, iki ölkə arasında birbaşa sərhəd müharibəsinin getməsi mümkünsüzdür:

“Çünki İsraillə İran həmsərhəd dövlət deyil. Ona görə tərəflər arasında müharibə raket atışı ilə baş verə bilər. Yeni raket hücumları istisna olunmur. Ancaq əgər İsrail ordusu Qəzza zolağında, bütövlükdə Fələstin ərazisində ölkəsinə qarşı olan qanunsuz hərbi birləşmələri neytrallaşdırarsa bu elə İsrailin İrana qarşı müharibədə uğuru sayıla bilər və yaxud müharibənin böyük bir dalğasının başa çatması kimi də qəbul edilə bilər. Ancaq HƏMAS sıradan çıxarılarsa, İran sakitləşəcəkmi? Bu suala cavab olaraq fikrimcə, İsrail-İran arasındakı hərbi qarşıdurma, ziddiyyət postHƏMAS dövrünə şamil ola bilər. Çünki HƏMAS və başqa silahlı qruplaşmaların Fələstindən, o cümlədən Qəzza zolağından çıxarılması həm də İranın İsrailə zərbə vurmaq gücünü azaldır. Bu halda İran başqa variantlarla İsrailə təzyiq edə bilər”.

//Gülnarə Abasova, Editor.az