“Bu halda Rusiya Avropa ilə qanlı bir savaşa girmək məcburiyyətində qalacaq”- ŞƏRHbackend

“Bu halda Rusiya Avropa ilə qanlı savaşa girmək məcburiyyətində qalacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna uğrunda Rusiya-Qərb arasında savaşın miqyasının və şiddətinin daha da genişlənəcəyi proqnozlaşdırıla bilən bir hadisədir. Rusiya ordusunun iki ildən artıq bir zaman kəsiyində Ukraynanın şərqində, yəni Donbass və Krım bölgəsində möhkəmlənməsi, Ukraynanın dərinliklərinə doğru genişmiqyaslı hücum əməliyyatları həyata keçirməməsi Rusiyanın qlobal balansı hesablaması və Üçüncü Dünya savaşı başladan ölkə olmaq istəməməsindən irəli gəlir. Qlobal balansın pozulacağı region isə Yaxın Şərq, konkret Fələstin bölgəsi və Sakit okean, yəni Tayvan hitetlandı hesab olunur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, son günlər Qərb dövlətlərinin Ukraynaya verdikləri silahlarla Rusiyanın dərinliklərini vurmağa,daha əvvəllər qoyulmuş məhdudiyyətləri ləğv etmələri bir daha göstərir ki,Qərbin hərbi-siyası bosları savaşın genişlənməsində maraqlıdırlar:

“Rusiyanın hərbi hərəkatı Ukraynanın içlərinə doğru yayması hələlik rusların taktik maraqlarına uyğun görünmür,lakin Ukrayna Qərbin təlkin və təhriklərinə qulaq asaraq Rusiyanın dərinliklərinə zərbələr endirsə, Moskva daha geniş cavab tədbirlərinə məcbur qalacaq, bir sözlə Rusiya Avropa ilə qanlı bir savaşa girmək zərurəti hiss edəcək”.

//Gülnarə Abasova, Editor.az