Dərs zamanı ağıllı saatlar, telefonlar və digər elektron cihazların məktəbə gətirilməsi və istifadəsi qadağandır.
Milli.Az-ın məlumatına görə, qanunvericiliyə əsasən, şagirdlər yalnız iki halda bu cür cihazları məktəbə gətirə bilərlər.
Birinci halda müəllimlər şagirdlərin şəxsi cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil etməlidir.
İkinci halda isə valideyn və ya qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gedib-gələrkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə, bu zaman məktəb həmin cihazların dərs gününün sonuna qədər təhlükəsiz şəraitdə saxlanmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.

