Münhen hava limanında fevralın 27 və 28-ə olan uçuşların əksəriyyəti ləğv edilib.
Bu vəziyyət işçilərin tətili ilə bağlıdır. “Deutsche Welle” xəbər verir ki, aviaşirkətlər bu iki günə planlaşdırılan 1600 reysin əksəriyyətini ləğv edəcəklər ki, bu da uçuşların 80%-ə qədəri deməkdir.
Sərnişinlərə ətraflı uçuş məlumatı üçün öz aviaşirkətləri ilə əlaqə saxlamaları tövsiyə olunur. Tətil cümə axşamı gecə yarısı başlayacaq və cümə günü gecə yarısına qədər 48 saat davam edəcək.
//Samir Qurbanov, Editor.az