“Aydın məsələdir ki, düşmən çox çıxılmaz bir vəziyyətə düşüb, yalvarır, faktiki olaraq dilənir”.
Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Hərbi ekspert bildirib ki, bizim Ermənistana vaxt vermək niyyətimiz yoxdur:
“Paşinyan yenə də öz havadarlarına zəng etməkdə davam edir. Bu rüsvayçı durum Ermənistanın hansı rəzalətə düşdüyünü sübut edir. Bunun üçün də onlar müxtəlif yaramazlıqlardan, özlərinə xas olan o nakişilikdən istifadə edirlər, Gəncədə, Tərtərdə, dünən Ağdama, Goranboya mülki əhalimizə atəşlər açırlar. Günahsız mülki vətəndaşlarımızı itiririk, xəsarət alırlar, dağıntılar var. Bu gün Baş Prokurorluğun da yaydığı məlumata görə indiyiə kimi 27 mülki vətəndaşımız həyatını itirib, 141 nəfər isə yaralanıb.

Xeyli sayda, 400-ə yaxın evlər dağılıb, 60-dan artıq mülki obyektlərə ziyan vurulub. Bu, onların xislətini göstərir. Azərbaycan ordusu ilə döyüşə bilməyən, qaçan, qorxaqcasına döyüş meydanında silah-sursatını atıb qaçan düşmən bu cür təxribatlara əl atır. Düşünüblər ki, güya bunlar mülki obyektlərimizə atəş açacaq, Azərbaycan bundan çəkinəcək, deyəcək ki, gəlin danışığa gedək. Xeyr, dünən ölkə başçısı TRT Haber-ə, bu gün Rusiyanın birinci kanalına verdiyi müsahibəsində bu məsələlərə toxunub.
Ermənistan artıq din adamlarına, jurnalistlərə silah verir
Azərbaycan ordusu haqq yolundadır, Azərbaycan ordusu üzərinə düşəni edir və edəcək. Gördünüz ki, Cəbrayıl şəhəri işğaldan azad edildi. Düşmənin bir vaxtlar ələ keçirdiyi o ərazilər baxın görün hansı durumdadır. Yəni, faşistlər faşistliyi ilə heç o hərəkəti etməyiblər. İşğaldan azad edilən Çağxırlı kəndindəki görüntülərə baxanda açıq görünür ki, daşı daş üstündə qoymayıblar. Mən özüm vaxtıykən onlarla üzbəüz döyüşlərdə olmuş bir insan kimi deyə bilərəm ki, onlar 1994-cü ildə necə uğursuzluğa düçar olmuşdular, indi ondan da daha fəlakətli bir duruma düşüblər, qaçırlar. Ermənistan mətbuatında baxıram görürəm ki, bunlar artıq din adamlarını silahlandırırlar. Bilirsiniz, erməni ordusunda din adamlarının vəzifələri var. Onlar da artıq əllərinə silah alıblar, jurnalistləri silah götürüblər. Paşinyan dünən görüntü yaratmaq üçün arvadına, oğluna hərbi paltar geyindirmişdi. Bu, onu göstərir ki, bu ölkə artıq rəzil bir duruma düşüb.
İstədikləri odur ki, biz ora bir mərmi ataq

Bu gün Azərbaycan Silahlı Qüvvələri Xocalının yaxınığındakı Ballıca bazasını məhv edib. Artıq o baza yoxdur. Biz Ermənistan ərazisinə atəş açmayacağıq. Başa düşürəm, Azərbaycan vətəndaşları narahatdırlar ki, Ermənistan ərazisindən atəş açılır. Onların da istədiyi odur ki, biz ora bir mərmi ataq, onlar da şalvarlarını başına çəkib qışqırsınlar ki, “Qoymayın, bizi vururlar, dağıdırlar”.
Başqa yolumuz da qalmayıb
Ermənistanın iflası qaçılmazdır. Saat söhbətidir, gün söhbətidir. Bu həftə Ermənistan üçün faciəvi bir həftə olacaq. Çünki panik vəziyyətdədirlər, mövqeləri itiriblər, nə qədər əsgər itiriblər, alayda da bir neçə min əsgər darmadağın edilib, taborlar, hər vurulan tankda ən azı 3 nəfər, hər vurulan zenit raket kompleksində neçə ölən olur. Ermənistanın çıxışı yoxdur, Ermənistanın bir çıxış yolu var, Azərbaycanın bütün ərazilərini qeyd şərtsiz boşaltmaq. Bizim onlara vaxt vermək niyyətimiz yoxdur. Bundan sonra Ermənistanın o boşboğazlığına, ATƏT-in Minsk Qrupudur, sonra digər dələduz təşkilatlar ki, hansı ki, Azərbaycan oğullarının ölümünə bu gün onlar birbaşa məsuliyyət daşıyır, çabalayırlar. Bəli, bizim də itkilərimiz var. Hər bir oğlumuz, hər bir doğmamız bizim üçün əzizdir. Onların yerini heç kim verə bilməz, amma başqa yolumuz da qalmayıb ki, düşməni öz doğma yurd-yuvamızdan uzaqlaşdıraq.

PUA-lar başlarının üstündən keçən kimi it küçüyü kimi zingildəyirlər
Sevindirici mənzərələr var. Azərbaycan ordusu düşmənin qoyub qaçdığı ən bahalı olan, ordusu üçün ən çox əhəmiyyət kəsb edən komanda rabitə maşınlarını, tanklarını, avtomobillərini və s. ələ keçirib. Görün iş nə yerə çatıb ki, əsgərini zəncirlə səngərə bağlayır ki, qaçmasın. Çünki onlar Azərbaycanın pilotsuz uçuş aparatlarından o qədər vahiməyə düşüblər ki, PUA-lar başlarının üstündən keçən kimi it küçüyü zingildəyən kimi zingildəyirlər. İnşəAllah yaxın saatlarda, yaxın günlərdə xoş xəbərlər açıqlanacaq. Xoş xəbərlər var, sadəcə olaraq o işi daha da mükəmməlləşdirmək lazımdır, daha da axıra çatdırmaq lazımdır ki, sonraki mərhələdə hansısa bir narahatlıqla üzləşməyək. Ermənistan rəzil bir durumdadır. O rəzillik də davam edəcək və yaxın zamanlarda həm Ermənistan ordusunda, həm də Ermənistanın siyasi rəhbərliyində biz çox maraqlı mənzərələrin şahidi olacağıq”.
//milli.az

