Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı rəsmi Tiflis və Kişinyovun mövqeyindən məyus olduğunu bildirib.
Bu barədə o, sosial şəbəkədə yazıb.
“Əvvəllər düşünürdüm ki, Ukraynanı Gürcüstan və Moldova ilə ən çox birləşdirən şey ölkələrimizin ərazi baxımından Rusiya tərəfindən işğal edilməsidir. Amma bugünkü rəsmi Tiflis və Kişinyovun Rusiyaya qarşı sanksiyaların tətbiqində bitərəflikləri ilə bağlı mövqeləri məni məyus etdi. Yaxşı dostlar dar gündə tanınırlar”, – Stefançuk bildirib.
Onun sözlərinə görə, hökumətlərin mövqelərinə baxmayaraq, xalqlar bu məsələyə münasibətdə fərqli fikirdədirlər.
Teleqraf.com

