“Bu il 3 faizə yaxın iqtisadi artım qeydə alınacağı gözlənilir”-Millət vəkilibackend

“Bu il 3 faizə yaxın iqtisadi artımın qeydə alınacağı gözlənilir”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2024-cü il iqtisadi baxımdan Azərbaycan üçün vacib illərdən biri olacaq”.

Bu sözləri Editor.az-a 2024-cü ilin iqtisadi proqnozları ilə bağlı danışarkən millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bu il iqtisadi artım tempinin 2023-cü il ilə müqayisədə daha yüksək olacağı proqnozlaşdırılır:

“Gözlənilən odur ki, 3 faizə yaxın iqtisadi artım qeydə alınacaq. Bu isə Azərbaycan hökuməti və beynəlxalq maliyyə qurumları tərəfindən proqnozlaşdırılır. Digər tərəfdən Azərbaycan 2024-cü ildə BMT-nin bir sıra beynəlxalq toplantılarına, o cümlədən COP29-a ev sahibliyi edəcəyi diqqət çəkən məqamlardandır. Bu tədbirlər Azərbaycanın iqtisadi gücünü və beynəlxalq nüfuzunu daha da artıracaq. Nəticə etibarilə 2024-cü ildə Azərbaycana gələn turistlərin sayında da artım müşahidə olunacaq.

Qarabağ və Şərqi Zəngəzurun bərpa işləri davam etdiriləcək, bu istiqamətdə dövlət büdcəsindən 4 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulub.

Ümumilikdə 2024-cü il iqtisadi baxımdan yadda qalan il olacaq”.

//Səbinə Hüseynli, Editor.az