Bu il Aralıq dənizində 2,5 mindən çox miqrant ölüb və ya itkin düşübbackend

Bu il Aralıq dənizində 2,5 mindən çox miqrant ölüb və ya itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya 186 min miqrant gəlib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 83% çoxdur. Editor.az bildirir ki, bu barədə dünən, sentyabrın 28-də BMT Təhlükəsizlik Şurasının iclasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İdarəsinin rəhbəri Ruven Menikdivela deyib.

O, həmçinin bildirib ki, bu müddət ərzində Aralıq dənizini keçərkən 2,5 mindən çox insan ölüb və ya itkin düşüb ki, bu da bir il əvvəlkindən demək olar ki, bir yarım dəfə çoxdur. Aralıq dənizini keçən miqrantların əksəriyyəti İtaliyaya gəlib – 130 min nəfər. Digər istiqamətlərə Yunanıstan, Kipr və Malta daxildir.

Xanım Menikdivelanın sözlərinə görə, 102 mindən çox miqrant Tunisdən, 45 minə yaxını Liviyadan Aralıq dənizi vasitəsilə səyahətə çıxıb. O, həmçinin qeyd edib ki, bu insanların bir çoxu dənizdən keçmək üçün gəmilərə minməzdən əvvəl quruda uzun bir yol qət ediblər. Xanım Menikdivela qeyd edib ki, Saxaranın cənub-şərqi istiqamətində Afrikadan Aralıq dənizi sahillərindəki çıxış nöqtələrinə gedən marşrut “dünyanın ən təhlükəli marşrutlarından biri olaraq qalır”.

//Samir Qurbanov, Editor.az