Bu il dünyada 94 jurnalist öldürülüb – Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) hesabat yaydıbackend

Bu il dünyada 94 jurnalist öldürülüb – Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) hesabat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, dekabrın 8-də Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) ilin əvvəlindən öldürülən, həbsdə olan və s. jurnalistlərlə bağlı məlumatları açıqlayıb.

Editor.az federasiyanın məlumatına istinadən xəbər verir ki, 2023-cü ildə dünyada 94 jurnalist öldürülüb. Bu, bir il əvvəl 68 nəfərin öldüyü ilə müqayisədə təxminən 40% çoxdur. Ən çox jurnalist – 68 jurnalist İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında gedən döyüşlər zamanı həlak olub. Bu qarşıdurmada 61 fələstinli, 4 israilli və 3 livanlı jurnalist həlak olub.

Ukraynadakı münaqişədə üç nəfər ölüb: biri ukraynalı, biri rusiyalı və biri fransız. Ümumilikdə, il ərzində Yaxın Şərq və ərəb ölkələrində 71 jurnalist öldürülüb. Asiya-Sakit okean regionunda bu rəqəm 7 oolub. Latın Amerikası ölkələrində də 7 nəfər öldürülüb ki, bu da 2022 (29) ilə müqayisədə əhəmiyyətli azalmadır. Afrikada 4, Avropada 4 jurnalist həlak olub.

“ Xüsusilə Qəzza zolağında artan ölüm sayı dərhal diqqət tələb edir” – deyən IFJ-in rəhbəri Dominik Pradalye münaqişədə beynəlxalq hüququn daha çox tətbiqinə çağırıb. IFJ-nin hesablamalarına görə, müxtəlif ölkələrdə 393 jurnalist həbsdədir. Bu parametrdə birinci yeri 80 jurnalistin həbsdə olduğu Honq-Konqla birlikdə Çin tutur. Sonrakı yerləri Myanma (54), Türkiyə (41), Rusiya (40) və Belarus (35) tutur.

//Samir Qurbanov, Editor.az