Bu il güclü zəlzələlər olacaq – Azərbaycanlı seysmoloqdan qorxunc PROQNOZbackend

Bu il güclü zəlzələlər olacaq – Azərbaycanlı seysmoloqdan qorxunc PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq vulkanları püskürəcək.

Yenisabah.az xəbər verir ki, belə bir açıqlama ilə Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev çıxış edib.

Onun sözlərinə görə, 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcək.

Qulam Babayev deyib ki, Azərbaycanda və dünyada mövcud olan seysmoaktiv regionlar, ərazilər, eləcə də bir neçə illər aktiv olmayan seysmik ocaqlar ayılacaq. Hətta vulkanlar da püskürəcək.

Qeyd edək ki, bu günlərdə Azərbaycanda baş vermiş zəlzələ təxminən 10-dan çox rayonda hiss edilib.

Xəzərxəbər.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: