Bu il Kəlbəcər yaylaqlarına 20-mindən çox arı ailəsi köçürüləcək -FOTObackend

Bu il Kəlbəcər yaylaqlarına 20-mindən çox arı ailəsi köçürüləcək –FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad olunan ərazilərə ötən il olduğu kimi yenə də yalnız həmin rayondan olan fermerlərin təsərrüfatları köçürüləcək. Bu il Kəlbəcər yaylaqlarına, həmçinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən damazlıq arıçılıq təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur. Portalda qeydiyyatdan keçmiş arıçılıq təsərrüfatlarının rəhbərləri 10-12 may tarixlərində Göygöldə yerləşən ANAMA-nın Təlim Mərkəzində azad olunmuş ərazilərdə xüsusi davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunacaq. Təlimləri başa vuran fermerlər köç etdikləri ərazilərdə müvafiq təlimata uyğun davranacaqlarına dair iltizamnamə imzaladıqdan sonra, onların mərhələli şəkildə yaylaqlara köçü təmin ediləcək. Bu gün anaoji təlimləri başa vurmuş 10-dək arıçılıq təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb.

Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, Göygöl rayonu ərazisində keçirilən yola salma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Arıçılar Assosiasiyasının, Peşəkar Arıçılar İctimai Birliyinin rəhbərləri, Kəlbəcər rayonundan olan 150-dən çox arıçı fermer iştirak edib. Ötən il ilk dəfə pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü təmin edilib. Mövsümü doğma yaylaqlarda keçirən arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə olunub. 2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı ailəsi köçürülüb, bu il isə təkcə Kəlbəcər rayonu ərazisinə 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır.

 

//İlham, Editor.az