Bu il pensiyalardakı artım necə HESABLANACAQ?-  Millət vəkilindən AÇIQLAMAbackend

Bu il pensiyalardakı artım necə HESABLANACAQ?-  Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yanvar ayında pensiyalardakı artım 2023-cü il orta aylıq əməkhaqdakı artım faizinə istinadla indeksasiya olunacaq. Yəni buradakı rəqəm birbaşa olaraq əvvəlki ilin orta aylıq əməkhaqqındakı artım faizinin nə qədər olmasından aslıdır. Faiz yüksək olarsa, pensiyalarda da artım yüksək olacaq və ya əksinə…”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, 2024-cü ildə də pensiyalardakı indeksasiya məhz 2023-cü ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq hesablanacaq:

“Nəzərə alsaq ki, 2023-cü ildə rəsmi rəqəm fevral ayının ilk ön günlüyündə elan olunacaq. Dövlət Statistika Komitəsi dünən 2023-cü ilin 11 ayının yekunlarını elan etdi. 11 ay ərzində 2023-cü ildə orta aylıq əməkhaqqı 11.2 faiz artıb. 12 aylıq yekun elan olunduqdan sonra biz pensiyalarda hansı faizdə artımın olacağını müəyyənləşdirə biləcəyik. Növbəti illərdə xüsusilə özəl sektor hesabına daha çox əməkhaqqı artımlarının həyata keçirilməsi vacibdir. Özəl sektor əməkhaqqı artımlarına gedərsə, bu, bütövlükdə ölkə üzrə orta aylıq əməkhaqqına da təsir edəcək. Çünki son illər Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla  dövlət sektorunda minimum əməkhaqlarında artımlar qeydə alınıb. Minimum əməkhaqqı son 5 ildə 2.7 dəfə artıb. Ancaq müşahidələr göstərir ki, özəl sektorda bu nisbət azdır. Ona görə də bu, ümumi orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərir. Ancaq 2024-cü il də daxil olmaqla, növbəti illərdə də pensiyalardakı artım əvvəlki ilin orta aylıq əməkhaqdakı artım faizinə uyğun olaraq həyata keçiriləcək”.

//Gülnarə Abasova, Editor.az