Bu il Ukraynanın Xerson vilayətində Rusiyanın tərkibinə daxil olmaq üçün referendumun keçirilməsi planlaşdırılır.
Editor.az xəbər verir ki, bu barədə Xersonun hərbi-mülki administrasiya rəhbərinin müavini Kirill Stremousov öz açıqlamasında deyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı təşkil etdiyi xüsusi hərbi əməliyyat zamanı Xerson və Zaporojye vilayətinin bir hissəsi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.
//Gülnarə Abasova, Editor.az

