Bu İran səfirinin ermənipərəst mövqeyini göstərir- Politoloqbackend

Bu İran səfirinin ermənipərəst mövqeyini göstərir- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Ermənistandakı səfirinin Azərbaycan- Ermənistan sərhədinin Kəlbəcər istiqamətinə gəlməsi və durbinlə Azərbaycan ərazisinə baxması İran tərəfinin Azərbaycana qarşı xoş olmayan siyasətinin göstəricisidir. Bu səfirin şəxsi fəaliyyəti deyil, rəsmi Tehranın razılığı ilə ora səfər edib. Səfəri Fransa, ABŞ və digər qərb ölkələrinin rəsmilərinin səfəri ilə müqayisə etmək olmaz. İran Azərbaycana qonşu ölkədir və daima xarici siyasətində Azərbaycana dəstək verdiyini, eyni zamanda İran-Azərbaycan əməkdaşlığının iki dost, qardaş ölkənin münasibətləri olduğunu qeyd edir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, İran səfirinin Ermənistan tərəfindən sərhədə səfər etməsi Azərbaycan mövqelərini müşahidə etməsi, erməni hərbiçiləri tərəfindən ona müəyyən məlumatların verilməsi onu göstərir ki, rəsmi Tehran bu məsələdə maraqlıdır:

“Səfir birbaşa İran rəhbərliyinin göstərişi ilə belə bir addım atıb. İran səfirinin hərbi qarşıdurmalarda həlak olan erməni hərbiçilərinin ailələrinə baş çəkməsi onun ermənipərəst mövqeyini ortaya qoyub. Bu da haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb. Qərb dövlətlərinin rəsmilərinin belə bir addım atması cəmiyyətimizdə heçkəsi narahat etmir, lakin Azərbaycanı sözdə dəstəkləyən qonşu İran dövlətindən belə bir addımın atılması qəbuledilən deyil. Səfirin bu səfərini rəsmi Tehranın Azərbaycanın öz sərhədlərini müəyyənetmə siyasətinə qarşı atılmış addım kimi qiymətləndirirəm. Azərbaycan hakimiyyəti rəsmi Tehrana öz etirazını bildirməlidir. Çünki Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya ve demakrasiya prosesi ikitərəfli danışıqlar yolu ilə həll edilməlidir, üçüncü tərəfin bu məsələyə qarışması problemi alovlandıra bilər”.

//Gülnarə Abasova, Editor.az