“Rusiya Federasiyası Prezidentinin sözçüsü Dmitri Peskovun kritik infrastrukturu dağıtmaqla Ukraynanı danışıqlara sövq etdiyini etiraf etməsi Kremlin İŞİD terrorçuları kimi davranmasından xəbər verir”.
Editor.az “Ukrinform” istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko “Facebook” səhifəsində yazıb.
“Dmitri Peskov etiraf edib ki, Rusiya Ukraynanı danışıqlara razı salmaq üçün Ukraynanın kritik infrastrukturunu məhv edir. İŞİD terrorçuları özlərini belə aparır: onlar öz tələblərini yerinə yetirmək üçün günahsız insanları öldürürlər. Rusiya terrorçu dövlət kimi çıxış edir”, – deyə, Nikolenko bildirib.
Diplomat vurğulayıb ki, Peskovun bəyanatı hələ də Rusiyanın danışıqlara sadiq olduğuna inanan bəzi ölkələrin gözlərini açmalıdır: “Rusiyanın təcavüzünü danışmaqla dayandırmaq olmaz. Onu yalnız hava hücumundan müdafiə sistemləri, tanklar və MLRS dayandırmaq olar”.
Qeyd edək ki, noyabrın 17-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynada elektrik və istilik enerjisinin olmaması danışıqlardan imtina edən Kiyev hakimiyyətinin hərəkətlərinin nəticəsidir.
//Samir Qurbanov, Editor.az

