“Bu məqamlar iki ölkə arasında yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını göstərir”- ŞƏRHbackend

“Bu məqamlar iki ölkə arasında yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını göstərir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında delimitasiya prosesində böyük nəticələr əldə edilib. Bundan əvvəlki müddət ərzində iki ölkə arasında sülh prosesini ləngidən əsas məsələ delimitasiyada irəliləyişlərin əldə edilməməsi idi. Ancaq son dövrlər bu istiqamətdə məhz Azərbaycanın qalib tərəf kimi diktə etdiyi şərtlər fonunda böyük irəliləyişlər əldə edilib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycanın Ermənistanla rəsmi sərhədləri mövcuddur:

“Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəkləri quraşdırılıb. Qazaxın 4 kəndinin qaytarılmasından sonra ilk dəfə delimitasiya və demakrasiya edilmiş sərhədlər formalaşmış oldu. Nəzərə almaq lazımdır ki, bununla bağlı həm də Ermənistanda da müsbət açıqlamalar tendensiyası müşahidə edilir. Sərhəd dirəkləri, onun yanında sərhədçilərin də olmağı Azərbaycanla Ermənistanın sülhə doğru addımladığını göstərir. Hesab edirəm ki, COP-29-a qədər iki ölkə arasında yekun olmasa da ilkin sülh müqaviləsinin imzalanması ilə bağlı böyük irəliləyişlər əldə edilə bilər.

Son dövrlər qarşılıqlı verilən açıqlamalar, eyni zamanda, Ermənistan tərəfindən yersiz provokasyon nitqlərinin azalması, ölkə hakimiyyəti rəsmilərinin də çıxışlarındakı müəyyən yumşalmaların müşahidə edilməsi, həmçinin Azərbaycanın regionda güc faktoru olmasını boyunlarına almağı onu göstərir ki, sülh müqaviləsi ilə bağlı təxribatların sayı azalır və hansısa üçüncü qüvvə olmadan Azərbaycanla Ermənistan tərəf kimi öz problemlərini həll edib sülhə nail olacaq”.

//Gülnarə Abasova, Editor.az