Xəbər verdiyimiz kimi, 14 noyabr tarixindən bəzi marşrutların fəaliyyətinin bərpa olunacağı ilə bağlı məlumatlar yayılıb.
Milli.Az xəbər verir ki, bu gün avtobusların işə düşməsi gözlənildiyi halda bəzi marşrut xətləri bərpa edilməyib. Bura daxil olan 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E marşrutlarının fəaliyyəti bərpa olunub.
Sərnişinlərin Milli.Az-a verdiyi məlumata əsasən, 18 və 77 nömrəli marşrutlar tam xətt üzrə işləmir.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq AYNA-dan bildirildi ki, sözügedən marşrutlar ayın 22-dən sonra bərpa olunacaq.
“Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək”.
Qeyd edək ki, hazırda başlanğıc dayanacağı 9-cu mikrorayon olan 18 nömrəli avtobuslarının son dayanacaq məntəqəsi metronun “Elmlər Akademiyası” stansiyasıdır. 77 nömrəli marşrutun isə Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirir.