Pomidorun qiyməti kəskin artıb.
Milli.Az bildirir ki, bir neçə gün əvvəl 70, 80 qəpiyə satılan pomidor hazırda 3 manata qədər bahalaşıb.
Mövsümü olmasına baxmayaraq pomidorun bu qədər bahalaşması müzakirə doğurub.
Qeyd edək ki, iqtisadçılar bahalaşmanı yayda havanın əlverişsiz keçməsi və yanacağın qiymətinin artması ilə əlaqələndirirlər.

