Xəbər verdiyimiz kimi bir neçə gün öncə ad günü məclisindən Nadir Qafarzadə ilə Ayan Babakişiyevanın səmimi görüntüləri mediada böyük aviotaj yaratdı.
sosial şəbəkələrdə yayılan videonu izləyicilər birmənalı qarşılamayaraq tənqi atəşinə tutublar. Nadir bu görüntülərə görə sosial media hesabında video paylaşaraq hər kəsdən üzr istəyib:
“Mən bu videonu paylaşmaq məcburiyyətində qaldım. Bəlkə də vecimə olmazdı amma düşündüm ki. paylaşmalıyam. Ad günü məclisinə getmişəm. İçki qəbul etmişdim. Özümü elə aparmaq mənə yaraşmırdı. Hər zaman çalışmışam ki, insanlara nümunə olum. Düşünürəm ki, məni anlayarsınız. Bir də belə hallar olmayacaq. Utanıram, xəcalət çəkirəm. Hər kəsin həyatında səhv olur. Bu da mənim səhvim idi. Böyük günah kimi boynuma yazmayın. Allah bağışlayandır, siz də məni əfv edərsiniz. Həmişəki kimi mənə qarşı müsbət fikirdə olun. Oldu, keçdi. Çox üzr istəyirəm, mənim kiməsə zərərim dəyməyib, qaydaları pozmamışam. Amma səhv etmişəm, bunu anlayıram. Bildirəm ki, bu son olacaq. Nəinki mənə, bu hərəkət heç kimə yaraşmır. Səhvimdir, qələtimdir. Xalqdan üzr istəmək məcburiyyətindəyəm. Bunu heç yerə yozmayın. Mənə basqı etməyiblər, sadəcə içimdən gəldi”.
Big.az

