Bu məsələ Bakı və İrəvanla müntəzəm müzakirə olunur – Rusiya XİNbackend

Bu məsələ Bakı və İrəvanla müntəzəm müzakirə olunur – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda və ətraf rayonlarda mədəni-tarixi irsin qorunması məsələsi Rusiyanın həm rəsmi Bakı, həm də rəsmi İrəvanla təmaslarında müntəzəm müzakirə olunur.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, bu məsələ xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri zamanı da müzakirə olunub:

“Biz UNESCO-nun regiona missiyasının tezliklə təşkil olunmasının tərəfdarıyıq. Həmsədrlərin bu il aprelin 13-də verdiyi bəyanatda vurğulanır: dini-mədəni irsin mühafizəsi və qorunması Azərbaycan və Ermənistandan əlavə səylər tələb edən məsələlər sırasındadır”.