Bu məsələ ən çox Rusiyanı narahat etməlidir: “Çünki 10 noyabr üçtərəfli razılaşmasının altında onun imzası var”backend

Bu məsələ ən çox Rusiyanı narahat etməlidir: “Çünki 10 noyabr üçtərəfli razılaşmasının altında onun imzası var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın istəkləri bölgədə sülhün əldə olunmasına yönəlib. Ermənistanın beynəlxalq danışıqlarda üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilk növbədə Rusiyanı narahat etməlidir.  Çünki 10 noyabr üçtərəfli razılaşmasının altında rəsmi Moskvanın imzası var”.

Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Siyasi şərhçi bildirib ki,  heç bir qlobal güc imkan vermir ki, Azərbaycan Ermənistan arasında sülh müqaviləsi imzalansın:

” Çünki belə olduqda regional təsirlərini minimallaşdırmış olacaqlar. Azərbaycan əleyhinə səsləndirilən fikirlərlə ölkəmizi təcavüzkar adlandırmağa cəhd edənləri gördük. Budq ikiüzlü münasibətlərin əsas tərəfidir. KTMT-də əsas söz sahibi Rusiyadır. Rusiya özü Ukrayna savaşında KTMT-nin resurslarından istifadə edə bilmədiyinə görə qurumla bağlı gözləntilərini ikinci plana salıb. Azərbaycana qarşı isə KTMT heç bir müdaxilə edə bilməz. Çünki bu qurumda Qazaxıstan, Qırğızıstan Azərbaycanı dəstəkləyən ölkələr olaraq tanınır. Şuşa bəyannaməsinin maddələrinə gəlincə isə o zaman aktivləşə bilər ki, iki ölkədən başqa üçüncü qüvvə tərəfindən proseslərə hərbi müdaxilə olsun. Bu isə olmayacaq və mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az