“Bu məsələdə İran ilə Rusiyanın maraqları toqquşur”-AÇIQLAMAbackend

“Bu məsələdə İran ilə Rusiyanın maraqları toqquşur”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi Moskva 2020-ci il 10 noyabr bəyannaməsində də qeyd edildiyi kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olması şərti ilə Zəngəzur dəhlizinin açılmasını istəyir”.

Bu fikirləri Editor.az-a Siyasi Menecment İnstitunun direktoru, siyasi şərhçi Azər Qasımlı İranın Qafandakı Baş konsulu Mürtəza Abidin Varaminin erməni mediasına açıqlamasında Rusiyanın Qafanda konsulluq açmaq istəyinə “şad olduqlarını” və eyni zamanda bu prosesin Zəngəzur bölgəsində sabitlik və təhlükəsizliyə töhfə verəcəyi istiqamətindəki açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması İranın işinə gəlmir:”Ümumiyyətlə dəhlizin açılmasını istəmir. Əvəzində hansısa yol və yaxud dəmiryolu ola bilər. Lakin müəyyən statusa malik dəhlizin açılması rəsmi Tehranı narahat edir. Çünki onun niyyəti Azərbaycandan Naxçıvana və Türkiyəyə gedən yolun öz ərazisindən keçməsini təmin etməkdir. Lakin mövcud reallıqları da başa düşür. Bölgədə bir çox məsələdə Rusiya ilə İranın müttəfiq olduğunun şahidi oluruq. Amma burada onların maraqları üst-üstə düşmür, sadəcə olaraq diplomatik qaydada öz mövqelərini ortaya qoyurlar”.

//Safura Bənnayeva, Editor.az