“Bu məsələlər Azərbaycan və Rusiya münasibətlərinə ciddi xələl gətirir”-Millət vəkili ŞƏRH EDİRbackend

“Bu məsələlər Azərbaycan və Rusiya münasibətlərinə ciddi xələl gətirir”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birinci dəfə deyil ki, Rusiya Müdafiə Nazirliyi ya belə saxta bəyanatlar yayır, ya da Azərbaycanın tarixi torpaqlarının adlarını saxtalaşdırır”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytında martın 25-də “Dağlıq Qarabağ “ münaqişəsinin monitorinq zonasında Rusiya sülhməramlılarının fəaliyyəti haqqında dərc etdiyi bülletendə Azərbaycanın 10 noyabr bəyanatını pozmaqda təqsirləndirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən bəyanatın bir çox bəndi Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib:

“Qeyri-qanuni silahlı birləşmələr, separatçılar 10 noyabr 2020-ci il bəyanatına əsasən Azərbaycan ərazilərindən çıxarılması nəzərdə tutulsa da hələ də bu prosesin tam formada reallaşdığını görmürük. Niyə Zəngəzur dəhlizi və digər məsələlərə toxunulmur? Bunun səbəbi nədir? Hazırda Qarabağda sülhməramlı kontingentlə separatçıların birgə fəaliyyətinin şahidi oluruq. Elə Azərbaycana qarşı da birgə təxribatlar törədirlər”.

Ceyhun Məmmədovun fikrincə, bu kimi hadisələr Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirir:

“Belə addımlara rəsmi Moskva yol verməməlidir. Rus sülhməramlı kontingenti bölgədə sülhü təmin etmək məqsədi ilə yerləşdirilib. Amma biz burada sülhün təmini yox, Ermənistanla işbirliyinin şahidi olmuşuq. Bu proses Qarabağ ermənilərinin də məqsədinə uyğun deyil. Onlar Azərbaycanın çağırışlarına düzgün əməl etməyə çalışmalıdırlar “.

//Safura Bənnayeva, Editor.az