“Bu məsələlər həllini taparsa, 2025-ci il sülh ili kimi Cənubi Qafqazın tarixinə düşə bilər”- Millət vəkilibackend

“Bu məsələlər həllini taparsa, 2025-ci il sülh ili kimi Cənubi Qafqazın tarixinə düşə bilər”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüf ki, 2024-cü ildə  Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı gözləntilər böyük olsa da  imzalanmadı. Bunun səbəbi isə Ermənistan tərəfindən müqavilədə icra etməli olan iki təklifin icra olunmaması oldu”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, 2025-ci ildə iki ölkə arasında sülh müqaviləsinin imzalanması ehtimalı çox böyükdür:

“Çünki sülhün alternativi yoxdur.  Bu baxımdan Ermənistandan tələb etdiyimiz Konstitusiya dəyişikliyiyini və ATƏT-ə Minsk qrupunun ləğv olunması ilə bağlı birgə müraciətin ünvanlanması öz həllini taparsa, 2025-ci il sülh ili kimi Cənubi Qafqazın tarixinə düşə bilər.

Həm də yanvar ayından ABŞ -ın yeni prezidentdi Donald Tramp səlahiyyətlərini öz üzərinə götürəcək. Tramp münaqişələri sonlandıran və əməkdaşlıqların yaranmasına təşəbbüs göstərən lider kimi tarixi imic qazanıb. Bu da 2025-ci ildə ümumiyyətlə dünyada davam edən münaqişələrin mənzərərəsini dəyişə və danışıqlar proseslərin başlanğıcına təkan verə  bilər”.

//Gülnarə Abasova, Editor.az