Bu məsələlər sülh müqaviləsi ilə əlaqələndirilməməlidir: “Əks halda biz hələ çox gözləməli olacağıq”backend

Bu məsələlər sülh müqaviləsi ilə əlaqələndirilməməlidir: “Əks halda biz hələ çox gözləməli olacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir sıra mühüm məsələlərə diqqət çəkdi və ictimaiyyət arasında da suallar yaradan bəzi məqamlara aydınlıq gətirdi. Xüsusilə vurğulamaq lazımdır ki, işğal altında olan 8 kəndin aqibəti məsələsi kifayət qədər aktualdır. Bu, delimitasiya və demakrasiya kommisiyasının işini də əhatə edir. Çünki sərhədlər müəyyənləşdirilsə həm də anklavlar qaytarılmalıdır. Bir mühüm məqam da torpaqların mübadiləsi ilə bağlıdır. Yaxud hazırki durumla da tərəflər kifayətlənə bilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq Ermənistan tərəfinin hələ də irəli sürdüyü bir sıra əsassız iddialara diqqət çəkib:

” Gədəbəyin Başkənd kəndi ilə yanaşı, həm də digər absurd iddialar irəli sürülməkdədir. Bu da xüsusilə 2021-ci ilin may, 2022-ci ilin sentyabr döyüşlərindən və sərhəddə olan hərəkətlənmədən sonra Azərbaycanın strateji üstünlüyü ilə bağlıdır. Burada təhlükəsizlik motivini Azərbaycan haqlı olaraq hər zaman irəli sürür. Bu xüsusda Qazaxın 7, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun işğalda olan Kərkik kəndinin gələcək taleyi də delimitasiya kommisiyası çərçivəsində müzakirə olunmaqdadır”.

İ. Hüseynov 7 kəndin qaytarılması ilə bağlı
hərbi əməliyyat variantının hələ də aktual olub-olmaması ilə bağlı sualımızı da cavablandırıb:

“Hərbi əməliyyat variantı isə istisnadır. Hazırki vəziyyətdə anklavlar üzərində  hərbi variant düşünülmür. Azərbaycan bütün məsələlərdə olduğu kimi bunun da siyasi-diplomatik yolla həllinin tərəfdarıdır. Ancaq burada bir konsensus tapılmalı, çıxış yolu müəyyənləşdirilməlidir. Digər mühüm məsələ delimitasiya, iqtisadi-nəqliyyat əlaqələri, kommunikasiya xətlərinin açılması ilə bağlı məsələləri sülh müqaviləsinin predimentinə çevirmək lazım deyil. Hesab edirəm ki, iki ölkə  arasında sülh müqaviləsi imzalanmalı, daha sonra sadalanan məsələlər öz həllini tapmalıdır. Əgər bu məsələlərin həlli sülh müqaviləsi ilə əlaqələndirilsə, onda biz çox gözləməli olacağıq. Rəsmi Bakı yalnız məsələlərin konkret olaraq həllinə hədəflənməlidir”.

//Gülnarə Abasova, Editor.az