“Bu məsələyə Baş nazir baxacaq, Prezidentlə razılaşdırılacaq” – Samir Şərifovbackend

“Bu məsələyə Baş nazir baxacaq, Prezidentlə razılaşdırılacaq” – Samir Şərifov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

Yeni təyinatı ilə bağlı Manset.az-a açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib:

“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacam ki, bu etimadı doğruldum. Hələki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq”.

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb. O nazir postuna 2006-cı ildə təyin edilmişdir.