Bu məşhur faciəli şəkildə ölən oğlunun sevgilisi ilə eşq yaşayır – FOTOLARbackend

Bu məşhur faciəli şəkildə ölən oğlunun sevgilisi ilə eşq yaşayır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Hadisə Mixaelin Portuqaliyadakı villasının yaxınlığında baş verib. O, həmin gün övladları ilə gün keçirmək üçün bir araya gəlibmiş.

Bundestimin əfsanəvi kapitanı oğlunun ölümündən sarsıntı keçib. O, toparlanmaq üçün psixiatrlara müraciət edib. Emilionun uşaqlıqdan münasibətdə olduğu model Sofiya Şnayderhan da hadisədən çox narahat olub. Onun itkisi Şnayderhanı ata Ballak ilə yaxınlaşdırıb.

Onlar hətta parkda əl-ələ gəzərkən görüntüləniblər. Aralarında 24 yaş fərq olan Mixael və Sofiya birlikdə İsveçrədə “Art Bazel” sənət sərgisini ziyarət ediblər. Cütlük münasibətlərini nümayiş etdirməsə də, amma görüşdüklərini təsdiqləyiblər.

Ballak rəsmi olaraq bir dəfə – 2008-ci ildən 2012-ci ilə qədər Simona Lambo ilə evli olub. Simona futbolçunun üç övladını dünyaya gətirib.

Publika.az