Bu, Moskva üçün utancverici olacaq – Budberqbackend

Bu, Moskva üçün utancverici olacaq – Budberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda baş verənlər daha çox erməni elitasının ziyanınadır. Hansı ki, həmin elita onilliklər ərzində Ermənistanda aparıcı rol oynayıb. Burada söhbət iqtisadi maraqları olan qruplardan və klanlardan gedir. Həmin qruplar müharibəyə qədərki gəlir mənbələrindən məhrum ediliblər.

Bu sözləri “Moskovskiy Komsomolets” qəzetinin siyasi şərhçisi Aleksandr Budberq İctimai TV-yə müsahibəsində deyib.

“Bu səbəbdən onlar üçtərəfli razılaşmaların həyata keçirilməsinə mane olurlar. Ona görə də həmin razılaşmaların reallaşması gecikir, o cümlədən Ermənistanın hazırkı hakimiyyətinin üçtərəfli razılaşmaların şərtlərini ölkəsinin xeyrinə dəyişmək cəhdiləri prosesi ləngidir. Ermənistan və Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət hazırda böyük və sürətli transformasiya dövrünü yaşayır. Regiondakı mövcud vəziyyət yeni böyük imkanlarla doludur. Əgər bu imkanlar reallaşmasa, o zaman bu, xüsusən Moskva üçün utancverici olacaq. Cənubi Qafqazda qurulan yeni münasibətlərin əsas benefisiarı Azərbaycandır. Çünki müharibəni məhz Azərbaycan udub”, – politoloq bildirib.

Budberqin fikrincə, İrəvanın Qarabağın ”status”u məsələsini gündəmə gətirməsi, ATƏT-in Minsk Qrupu həmsədrlərini danışıqlar prosesinə qatmaq cəhdi heç bir nəticə verməyəcək:

“Rəsmi İrəvan beynəlxalq ictimaiyyətin mövqeyinə tabe olmalıdır. Azərbaycan keçmiş Dağlıq Qarabağda azərbaycanlı əhalisinin yaşadığı əraziləri də işğaldan azad edib. Bu ərazilər beynəlxalq hüquq tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Onda indi Qarabağın hansı “status”unu müzakirə etmək olar? Ermənistan bu “status”u kimlə müzakirə edəcək? Düşünürəm ki, bu mövzu sadəcə olaraq Ermənistanda daxili auditoriyanın müzakirəsi üçün əhəmiyyət daşıyır. Lakin beynəlxalq aləm, o cümlədən Moskva üçün bu mövzu mövcud deyil”.