Bu müharibə davam etdikcə daha BÖYÜK RİSKLƏR GƏTİRİR: “Nüvə silahlarının işə salınması…”backend

Bu müharibə davam etdikcə daha BÖYÜK RİSKLƏR GƏTİRİR: “Nüvə silahlarının işə salınması…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Davam edən Rusiya-Ukrayna müharibəsinin özü ilə daha böyük risklər gətirə biləcəyi ehtimalı getdikcə artır. Rusiya qeyri-adekvat ölkə kimi hər an ağılsız hərəkət edə bilər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, nüvə silahlarının işə salınma riski müharibənin ilk günlərindən gündəmdə olub:

“Rusiya Ukraynaya hücum etmək üçün özünə haqq qazandıran bəhanələr tapdığı kimi nüvə silahı işlətmək məsələsində də bəhanələr tapa bilər. Təbii ki, nüvə silahı işlətmək məsələsi elə də sadə məsələ deyil. Bu, dünya düzəninin bir daha əvvəlki kimi olmayacağı anlamına gələr. Dünya daha sərt qütbləşməyə gedər və bu uzun illər qanlı şəkildə davam edər bilər. Hesab edirəm ki, beynəlxalq təşkilatların xəbərdarlığı hansısa siyasi maraqların fonunda baş verir. Rusiyanın da elə də asanlıqla nüvə silahı işlətmək fikri olmaz. Odur ki, Rusiya ilə davranışlar Ukraynanın silahlandırılması məsələsində olduğu kimi ehtiyatla aparılır”.

//Gülnarə Abasova, Editor.az